"Arsenal" iki futbolçusunu göndərməyi planlaşdırır.
Fanat.Az xəbər verir ki, bunlar yarımmüdafiəçilər Tomas Parti ilə Qranit Cakadır.
Bu barədə "The Telegraph" məlumat yayıb.
"Topçular" tezliklə "Vest Hem"dən Deklan Raysın transferini rəsmiləşdirməyə hazırlaşır. "Arsenal" bu iki futbolçunu göndərərək heyətdən Raysa yer açmağı planlaşdırır.
Qeyd edək ki, Tomas Parti 2020-ci ildən, Qranit Caka isə 2016-ci ildən "Arsenal"ın formasını geyinirlər.
Xatırladaq ki, Deklan Rays 2017-ci ildən "Vest Hem"də çıxış edir. Bu müddətdə 204 oyunda meydana çıxıb və 10 qola imza atıb. Başa çatan mövsümdə isə 37 oyunda forma geyinib və 4 dəfə fərqlənib. Rays 2019-cu ildən İngiltərə millisinə dəvət alır. 41 görüşdə iştirak edib və 3 qol vurub. "Arsenal"ın Rays üçün 90 milyon avro ödəməyə hazır olduğunu bildirilir.
Röya