Dünya mətbuatında Adrien Rabyonun "Yuventus"u tərk edəcəyinə dair iddialar yazılır. Ancaq İtaliya klubu yarımmüdafiəçisi müqaviləni yeniləmək niyyətindədir.
Fanat.Az xəbər verir ki, bunu insayder Fabritsio Romano yazıb. O, bildirib ki, 28 yaşlı fransıza gələn təkliflər arasında ən yaxşı məbləği "Yuventus" deyib.
Qeyd edək ki, turinlilərin Çempionlar Liqasına düşə bilməməsi Rabyonun “qoca sinyora”nı tərk etmək istəməsinə təsir edib. DÇ-nin vitse-çempionunun hazırkı klubu ilə müqaviləsinin uzadılması ilə bağlı danışıqlara başlamaması onun ayrılmaq niyyətindən xəbər verir. Futbolçunun hazırkı müqaviləsi bu ilin iyununda başa çatır. Çox güman ki, Rabyo azad agent kimi klubu tərk edəcək.
Xatırladaq ki, Rabyonun xidmətində "Mançester Yunayted"in maraqlı olduğunu yazılır.
Röya