İngiltərənin "Çelsi" klubu yeni transfer reallaşdırıb.
Fanat.Az xəbər verir ki, London klubu yamaykalı gənc hücumçu Dujuan Riçardsla müqavilə imzalayıb.
Klub bu barədə məlumatı rəsmi saytı vasitəsilə paylaşıb.
Chelsea Football Club have completed the signing of Jamaica international Dujuan ‘Whisper’ Richards, who will join the club next season following his 18th birthday. ✍️
— Chelsea FC (@ChelseaFC) June 24, 2023
Riçards Yamaykanın "Feniks Akademiyası" klubunun gənclərdən ibarət komandasında çıxış edir. O, 2023-cü ilin noyabrında - 18 yaşı tamam olduqdan sonra London klubuna keçəcək.
Dujuan Riçards artıq Yamaykanın böyüklərdən ibarət milli komandasında üç oyun keçirib. O, hazırda millinin heyətində KONKAKAF-2023 "Qızıl Kuboku"nda yarışır.
Mirağa