PSJ-nin müdafiəçisi Əşrəf Hakiminin agenti Alexandro Kamano müştərisinin Paris təmsilçisindən ayrılacağı ilə bağlı yayılan informasiyalara münasibət bildirib.
Fanat.Az xəbər verir ki, onun sözlərini tanınmış insayder Fabritsio Romano şəxsi "Twitter" hesabı üzərindən belə çatdırıb:
"Əşrəfin istəyi yalnız Paris klubunda oynamaqdır. 100 faiz belədir, bu, bizim layihəmizdir. Mənim Luiş Kampuşa (PSJ-nin idman direktoru -red.) böyük hörmətim var. Fikrimcə, o, vəziyyəti dəyişəcək və biz tezliklə Əşrəfi hansı gələcək gözlədiyini görəcəyik".
Daha öncə Hakiminin "Mançester Siti"yə satıla biləcəyi ilə bağlı məlumat yayılmışdı.
2022/2023 mövsümündə PSJ forması ilə bütün turnirlərdə 39 matça çıxan mərakeşli futbolçu 5 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.Hakiminin parislilərlə olan müqaviləsi 2026-cı ilin iyununa qədər nəzərdə tutulub. "Transfermarkt" portalı sözügedən oyunçunun transfer qiymətini 70 milyon avro ilə dəyərləndirir.
Nihat