Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
"Marca": "Selta"nın müdafiəçisi Xavi Qalan "Atletiko Madrid"in diqqətini çəkib. La Liqa klubu keçidi bu yay həyata keçirmək istəyir. 28 yaşlı ispaniyalı futbolçunun transferi 15 milyon avroya başa gələcək.
"Evening Standard": "Çelsi" hücumçusu Romelu Lukaku ilə bağlı qərar qəbul edib. London klubu belçikalı forvardı bu yay icarəyə verməyəcək. 2022-2023-cü illər mövsümünü icarə əsasında "İnter"də keçirən Lukaku "Milan"ın hədəfində idi. "Çelsi" razı olsaydı, "rossonerlər" futbolçu üçün 40 milyon avro ödəməyə hazır idi.
***
Rəsmi: Türkiyənin “Ümraniyəspor” klubu Azərbaycan millisinin futbolçusu Coşqun Diniyevi transfer edib. 27 yaşlı yarımmüdafiəçi ilə razılıq əldə olunub. Diniyev tibbi müayinədən keçdikdən sonra müqaviləyə imza atacaq.
Rəsmi: Rafael Benites “Selta”nın baş məşqçisi təyin olunub. 63 yaşlı ispaniyalı mütəxəssislə 3 illik müqavilə imzalanıb. O, bu postda bir neçə gün öncə istefaya göndərilmiş Karlos Karvalhalı əvəz edib.
Rəsmi: “Roma”nın futbolçusu Castin Kluyverti “Bornmut”a keçib. 24 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb. Bu keçid İtaliya klubuna 11,2 milyon avro qazandırıb.
Röya