"Tottenhem"in qapıçı problemi bu gün həll olunacaq.
Fanat.Az xəbər verir ki, İngiltərə klubunun "Empoli"dən heyətinə cəlb etmək istədiyini Qalyelmo Vikario Londona yollanır.
25 yaşlı qolkiper bu gün Londonda tibbi yoxlanışdan keçəcək. Məlumatı insayder Fabritisio Romano yayıb.
Onun sözlərinə görə, artıq bütün sənədlər hazırdır. Tərəflər arasında 5 illik sözləşmə imzalanacaq. Transferin qiyməti 19 milyon avro təşkil edir.
Qeyd edək ki, İtaliya millisinin üzvü 2021-ci ildən "Empoli"də çıxış edir. O, 2021-2022-ci illəri bu klubda icarə əsasında keçirib. 2022-ci ildə isə "Empoli" Vikaronun transfer hüquqlarını "Kalyari"dən alıb.
Röya