İtaliya çempionu "Napoli" transfer bazarında yeni transfer reallaşdırmağa yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı "Tuttomercatoweb"in jurnalisti Marko Konterio yayıb.
Onun iddiasına görə, tezliklə neapolluların hücum xəttində dəyişiklik olacaq. İrvinq Lozano "Napoli"dən ayrılmağa hazırlaşır. Meksikalı futbolçu Səudiyyə Ərəbistanından aldığı ciddi təklif barədə düşünür. Artıq "Napoli" Lozanonun potensial varisini axtarır. İtaliyalı jurnalistin məlumatına görə, Eremi Pino "azzurrilər"in hədəfindədir. 20 yaşlı futbolçu bütün karyerasını “Vilyarreal”da keçirib. O, bu mövsüm 46 oyunda 4 qol vurub və 7 məhsuldar ötürmə ilə diqqət çəkib.
"Napoli" Lozano üçün rəsmi təklif alan kimi Pinonun keçidini həyata keçirməyə çalışacaq. "Transfermarkt" ispan futbolçunu 40 milyon avro dəyərində qiymətləndirir.
Mirağa