"Yuventus"un yarımmüdafiəçisi Artur Melo klubu pulsuz tərk edə bilər.
Fanat.Az xəbər verir ki, bu barədə "Corriere della Sera" məlumat yazıb.
Mənbə qeyd edir ki, 26 yaşlı futbolçunun turinlilər ilə sözləşməsi 2025-ci ilin yayına qədərdir. Ancaq "qoca sinyora" Melonun xidmətində maraqlı deyil və sözləşməyə xitam verməyi planlaşdırır.
Qeyd edək ki, Braziliya millisinin üzvü "Yuventus"a 2020-ci ildə "Barselona"dan transfer olunub.Melo 2022-ci ildə icarə əsasında "Liverpul" göndərilib.
Röya