Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubundan sərfəli təklif alan Marselo Brozoviç karyerasını İspaniya nəhəngində davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "Mundo Deportivo" yayıb.
Xəbərə görə, Milan "İnter"inin xorvat yarımmüdafiəçisinin xidmətində "Barselona" maraqlıdır. Mənbə 30 yaşlı Brozoviçin məhz Kataloniya təmsilçisinə keçmək variantı olduğu üçün "Əl-Nəsr"ə "hə" deməyə tələsmədiyini vurğulayıb. Marselonun agentinin böyük qazanc əldə etmək arzusu ilə onu Səudiyyə Ərəbistanına aparmağı hədəflədiyi, lakin futbolçunun özünün "Barselona"da oynamaq perspektivini üstün tutduğu bildirilib.
Xatırladaq ki, 38 yaşlı poprtuqaliyalı hücumçu Kriştianu Ronaldu bu ilin yanvarından "Əl-Nəsr"in uğurları üçün çalışır.
Nihat