"Roma"nın əfsanəsi Françesko Totti klubun hücumçusu Paulo Dibala ilə bağlı danışıb.
Fanat.Az xəbər verir ki, "Goal"a açıqlama verən sabiq "Roma"lı Dibalanın "10" nömrəli formanı geyinməyə layiq olacağını deyib:
"Paulo 10-20 il ərzində "Roma"da qalsa, o nömrəni daşımağa layiq olacaq".
Qeyd edək ki, Françesko Totti 1992-ci ildən 2017-ci ilə qədər "Roma"nın şərəfini qoruyub və "10" nömrəli formanın sahibi olub. Paytaxt klubunun heyətində 619 oyuna çıxan 46 yaşlı veteran hücumçu 250 qola imza atıb.
Xatırladaq ki, 29 yaşlı Dibala "Roma"ya 2020-ci ildə "Yuventus"dan keçib. 25 oyunda meydana çıxan forvard 12 qola imza atıb.
Röya