"Real Madrid"in sabiq baş məşqçisi Zinəddin Zidan klubun Cud Bellingemlə müqavilə bağlamasına münasibət bildirib.
Fanat.Az xəbər verir ki, fransalı mütəxəssis bu barədə "Madrid Xtra"ya açıqlamasında danışıb:
"Cud Bellingem gələcəyin önəmli oyunçularındandır. O, "Real"da oynamağa hazırdır. Mən onunla DÇ-2022-nin finalında qarşılaşdım. Biraz söhbət etdik. Ümid edirəm ki, onun uğurlu karyerası olacaq".
Qeyd edək ki, "kral klubu" iyun ayının 14-də Dortmund "Borussiya"sından 19 yaşlı yarımmüdafiəçinin keçidini rəsmiləşdirib. Gənc istedadın 6 illik müqaviləyə imza atdığı bildirilib. Almaniya klubuna bu keçid üçün 103 milyon avro ödəniləcəksə, transfer məbləğinin 30 faizi, dəqiqləşdirsək, 30,9 milyon avro məbləğində bonuslar da nəzərdə tutulub.
Bellingem "Borussiya"ya 2020-ci ildə, 25 milyon avro qarşılığında "Birmingem"dən transfer olunmuşdu. Almaniyada keçirdiyi 3 mövsüm ərzində 132 matça çıxan Cud 24 qol və 25 məhsuldar ötürmə ilə yadda qalıb.
Xatırladaq ki, 51 yaşlı Zidan 2001-2006-ci illərdə La Liqa təmsilçisinin formasını geyinib. 2016-2018 və 2019-2021-ci illərdə isə "Real Madrid"in baş məşqçisi olub.
Röya