"Çelsi"nin müdafiəçisi Kalidu Kulibali Səudiyyə Ərəbistanı klubuna keçidi rəsmiləşib.
Fanat.Az xəbər verir ki, məlumatı London təmsilçisinin mətbuat xidməti yayıb.
31 yaşlı seneqallı futbolçu "Əl-Hilal"la anlaşıb. Kulibalinin yeni komandası ilə müqaviləsinin şərtləri açıqlanmayıb. Bildirilir ki, Kalidu "Əl-Hilal"a iyul ayının 1-dən qoşulacaq.
Qeyd edək ki, Seneqal millisinin üzvü "Çelsi"yə 2022-ci ildə "Napoli"dən keçib. O, "zadəganlar"ın heyətində bütün turnirlərdə 32 matçda meydana çıxıb.
Röya