"Çelsi" heyətinə yeni yarımmüdafiəçi cəlb edib.
Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "Twitter" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.
Xəbərə görə, London təmsilçisi Braziliyanın "Santos" klubunun 18 yaşlı futbolçusu Anjelonu rənglərinə bağlayıb. Mənbə "zadəganlar"ın bu keçid üçün qarşı tərəfə 18 milyon avro ödədiyini vurğulayıb. Solaxay braziliyalının "Çelsi" ilə birlikdə hazırlıq keçəndən sonra daha çox oynaya biləcəyi kluba icarəyə veriləcəyi də diqqətə çatdırılıb.
Nihat