"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq Meyson Qrinvudla bağlı qərarını verib.
Fanat.Az-ın məlumatına görə, informasiyanı "Manchester Evening News" yayıb.
Mənbə niderlandlı mütəxəssisin zorlama ittihamı üzündən ötən mövsüm meydana çıxa bilməyən forvardın satılmasını istəmədiyini bildirib. Hazırda 21 yaşlı oyunçunun icarəyə verilməsinin gündəmdə olduğu vurğulanıb.
Qeyd edək ki, fevralda Qrinvudun üzərindən zorlama cəhdi və hücum ittihamı götürülsə də, MY daxili araşdırmaları davam etdirir və sözügedən futbolçu hələ də komandaya qaytarılmayıb.
Nihat