"Real Madrid"in baş məşqçisi Zinəddin Zidan PSJ-nin forvardı Kilian Mbappe barədə danışıb.
Fanat.Az "L’Equipe" istinadən xəbər verir ki, 2021-ci ildə "Real Madrid"dən ayrılandan bəri işsiz olan Zizu istənilən məşqçinin Mbappe kimi futbolçu ilə işləmək istədiyini deyib:
"Sən məşqçisənsə, Kilian Mbappe kimi futbolçu ilə işləmək istəyərsən. Çox şey ola bilər. Ola bilsin ki, bir gün bu da reallaşacaq. Kilian Fransa millisinin forması ilə çox yaxşı oyun sərgiləyir. Onunla bütün hallarda, fəxr edirəm".
Qeyd edək ki, bu aralar Mbappenin PSJ-ni "Real Madrid"ə dəyişəcəyi ilə bağlı informasiyalar səngimir.
Nihat