PSJ-nin hücumçusu Neymar növbəti dəfə meydandankənar həyatı ilə gündəmə gəlib.
Fanat.Az xəbər verir ki, informasiyanı "Mundo Deportivo" yayıb.
Məlumata görə, Braziliya millisinin ulduzu Rio-de-Janeyrodakı gecə klublarının birindən dalaşıb. Mənbə Neymarın və bir kişi yüksək səslə mübahisə etdiyini və onunla əlbəyaxa olduğunu vurğulayıb. İnsidentə gecə klubunun mühfizə xidmətinin müdaxilə etdiyi, hadisənin səbəbinin indilik bəlli olmadığı bildirilib.
Qeyd edək ki, Neymarın PSJ ilə müqaviləsinin müddəti 2025-ci ilə qədərdir. Onun Paris klubundan ayrılacağı deyilir.
Nihat