"Barselona"nın baş məşqçisi Xavi İlkay Gündoğanın Kataloniya təmsilçisinə keçidini dəyərləndirib.
Fanat.Az xəbər verir ki, "blauqrana"nın çalışdırıcısı belə danışıb:
"Gündoğan yarımmüdafiədə universal futbolçudur. O, Çempionlar Liqasının son qalibidir, təcrübəlidir. Həm də "Mançester Siti"nin kapitanı olub. İlkay hazırlıqlı oyunçudur və üstünlüyü "Barselona"ya verir. Bizə "Barselona"ya titullar qazanmaq üçün gəldiyini deyib və əminəm ki, kömək edəcək. Bu keçid "Barsa" brendinin daha bir göstəricisidir. İndiyədək "Barselona"ya "yox" deyən futbolçu görməmişəm".
Qeyd edək ki, Gündoğan 2022/2023 mövsümündə "şəhərlilər"in forması ilə bütün turnirlərdə 51 matça çıxaraq 11 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat