PSJ-nin yeni baş məşqçisi Luis Enrike Paris nəhənginə təyinatını şərh edib.
Fanat.Az xəbər verir ki, ispan mütəxəssis Sport.es-ə keçidini bu sözlərlə dəyərləndirib:
"PSJ öz layihəsi üçün mükəmməl məşqçi seçib. Transfer bazarında bizi həm uğurlar, həm də uğursuzluqlar gözləyir. Bir çox futbolçu PSJ kimi böyük klublara uyğunlaşmaqda çətinlik çəkir. Odur ki, doğru qərarlar verməliyəm".
Xatırladaq ki, Enrike Paris komandasının sükanı arxasında fransalı Kristof Qaltyeni əvəzləyib. 53 yaşlı çalışdırıcı klubla 2 illik əmək müqaviləsi imzalayıb. Luisin əvvəlki iş yeri İspaniya millisi olub.
Mirağa