Rusiyalı futbol hakimi Danil Şemetov Ukraynada döyüş bölgəsində ölüb.
Fanat.Az xəbər verir ki, informasiyanı TASS yayıb.
Rusiya Futbol İttifaqından (RFU) agentliyə məlumatı təsdiqləyiblər. Qurum Şemetovun vəfatı ilə bağlı ailəsinə başsağlığı verib: “Danil 2019/2020 mövsümündə ikinci liqada çalışmağa başlayıb və bu müddət ərzində 41 oyun keçirib, həmçinin Rusiya kubokunun beş oyununa da xidmət göstərib. O, perspektivli hakim idi, tezliklə Birinci Liqada debüt edəcəkdi”.
Şeremetovun Ukraynada hansı şəraitdə öldüyü açıqlanmayıb.
Bununla belə, RFU ailəni bütün lazımi yardımlarla təmin etdiklərini, bundan əlavə, Şemetovun həmkarlarının onun ailəsinə əlavə maddi dəstək verəcəklərini bildirib.
Mirağa