"Dinamo Kiyev"in yarımmüdafiəçisi Castin Lonveyk yay transfer pəncərəsində klubu tərk etmək istəyir.
Fanat.Az xəbər verir ki. məlumatı "Zorya Londonsk" yayıb.
Xəbərə görə, niderland futbolçunun agenti artıq icarə variantının birgə axtarışı təşəbbüsü ilə paytaxt klubunun rəhbərliyinə müraciət edib.
Lonveykin bir neçə variantı var. Yarımmüdafiəçi ilə Belçikanın "Anderlext"i, həmçinin Danimarkanın "Kopenhagen" və "Viborq" klubları maraqlanır. Hələlik tam transferdən söhbət getmir.
Yarımmüdafiəçinin təhlükəsizliyi təmin olunmadığı üçün Ukraynaya qayıtmaq istəmədiyi bildirilir.
Castin Lonveyk 2022/23 mövsümündə "Dinamo"nun heyətində 18 oyun keçirib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.
Mirağa