Dəfələrlə populyarlıqdan əziyyət çəkdiyini dilə gətirən Argentina millisinin və "İnter Mayami"nin ulduzu Lionel Messi ABŞ-da Avropadakı kimi tanınmayacağına ümid edirdi.
Fanat.Az xəbər verir ki, artıq okeanın o tayında olan hücumçu ilk günlərdən yanıldığına əmin olub.
Belə ki, supermarketə alış-verişə yollanan Messini Mayamidə dərhal tanıyıblar.
Arabanı götürüb ərzaq yükləməyə başlayan Lionel ordakıların diqqətini çəkib. Dünya çempionu onu tanıyan insanlarla bir neçə selfi çəkdirməli olub.
Mirağa