Ukrayna Futbol Assosiasiyasının Hakimlər Komitəsi bir sıra mühüm qərarlar qəbul edib.
Fanat.Az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, 5 tanınmış ədalət təmsilçisi hakimlikdən uzaqlaşdırılıb.
Komitə bunu yaş həddi və ya müvafiq kateqoriyada icazə verilən maksimum qalma müddətinin aşılması, habelə Ukrayna Arbitraj Korpusunun gəncləşdirmə siyasəti istiqamətində strateji kursu ilə əlaqələndirib.
Beləliklə, Anatoli Abdula, Yevgeni Aranovski, Sergey Boyko, Aleksandr Derdo və Vladimir Volodin peşəkar karyeralarını başa vurmalı olublar.
Əvəzində PFL Premyer Liqaya 10 hakimin - Aleksandr Afanasyev, Nazariy Derd, Klim Zabroda, Sergey Zadiran, Aleksandr Kalenov, Kristina Kozoroq, Sofiya Prinda, Mixail Raida, Denis Reznikov və Dmitri Yevtuxovun namizədliyini təsdiqləyib.
Mirağa