"Alkmaar"ın yarımmüdafiəçisi Teyani Reynders "Milan"a keçməyə yaxındır.
Fanat.Az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano "Twitter" hesabında paylaşım edib.
Klublar oyunçunun 20 milyon avro + bonuslar qarşılığında satışını şifahi şəkildə razılaşdırıblar.
Gələn həftənin əvvəlində 24 yaşlı niderlandlı tibbi müayinədən keçəcək və bundan sonra "Milan"la müqavilə imzalayacaq.
Reynders 2017-ci ildən "Alkmaar"dadır. Onun aktivində 128 oyun, 13 qol və 15 məhsuldar ötürmə var.
"Milan" üçün bu, Kristian Pulişiç, Ruben Loftus-Çek, Luka Romero və Marko Sportiellodan sonra 5-ci yay transferi olacaq.
Mirağa