“İnter Mayami” klubu argentinalı hücumçu Lionel Messi ilə müqavilə imzalandığını rəsmən açıqlayıb.
Fanat.Az xəbər verir ki, bu barədə MLS təmsilçisinin rəsmi saytı məlumat yayıb.
36 yaşlı futbolçu ilə müqavilə 2025-ci ilin sonuna kimi hesablanıb.
Xatırladaq ki, 2003-2021-ci illərdə “Barselona”da çıxış etmiş Messi son iki mövsümü PSJ-də keçirib. O, bu yay Paris klubundan ayrılaraq azad agent kimi “İnter Mayami”yə keçib.