"Mançester Siti"nin ulduzu Riyad Mahrez “Əl-Əhli”yə keçməyə hazırdır.
Fanat.Az xəbər verir ki, məlumatı tanınmış insayder Fabritsio Romano yayıb.
Əlcəzairli cinah yarımmüdafiəçisi Səudiyyə Ərəbistanı ilə 3 illik müqavilə imzalayacaq və bu müqavilə mövsümdə 20 milyon avro qazanacaq.
Doğrudur, “şəhərlilər" hələ də “Əl-Əhli”dən rəsmi təklif almayıbLar. Bununla belə, tərəflərin gələn həftə bütün detalları həll edəcəyi gözlənilir.
Riyad Mahrez 2018-ci ilin yayında “Mançester Siti”yə keçib. Beş mövsümdə o, MS-də 236 oyun keçirib, 78 qol vurub və 59 məhsuldar ötürmə edib.
Mirağa