"Bayern Münhen"in qapıçısı Manuel Noyer yeni mövsümün əvvəlini buraxacaq.
Fanat.Az xəbər verir ki, bunu "Kicker"ə müsahibəsində baş məşqçi Tomas Tuxel deyib.
"Bizə bir az daha vaxt və səbr lazımdır. Bundesliqanın başlanğıcında, hətta Superkubokda qayıtması çox iddialı istək olardı. Ümid edirik ki, Manuel avqustda heyətə qayıdacaq".
Noyer "Bavariya"nın Asiya turuna da getməyəcək - indiyədək o, yalnız fərdi proqram üzrə məşq edib.
37 yaşlı qolkiper ötən ilin dekabrında xizək sürərkən ayağını sındırmışdı. Onun meydanda son çıxışı 12 noyabr 2022-ci ildir.
Mirağa