A Seriyası təşsilçisi “Fiorentina” növbəti transferini reallaşdırıb.
Fanat.Az xəbər verir ki, florensiyalılar “Empoli”nin müdafiəçisi Fabiano Parisinin keçidini rəsmiləşdirib.
Transfer İtaliya klubuna 10 milyon avroya başa gəlib. 22 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.
Parisi 2020-ci ildən formasını geyindiyi “Empoli”də 81 oyuna çıxıb, 3 qol vurub.
“Fiorentina” kapitanı Kristiano Biraqi ilə də yeni müqavilə bağlayıb. 30 yaşlı italyan futbolçu 2+1 illik yeni sözləşməyə imza atıb. O, 2017-ci ildən formasını geyindiyi Florensiya klubunda 207 oyuna çıxıb, 11 qol vurub.
Mirağa