"Monako" rəsmi saytı vasitəsi ilə braziliyalı yarımmüdafiəçisi Jean Lukasın karyerasını vətənində davam etdirəcəyini açıqlayıb.
Fanat.Az xəbər verir ki, futbolçunun "Santos"a satıldığı bildirilsə də, transferin detalları barədə məlumat yoxdur.
"Monako" ötən mövsüm bütün turnirlərdə cəmi 10 oyun keçirən və məhsuldar göstəricilərlə yadda qalmayan Lukası 2021-ci ilin avqustunda 11 milyon avroya almışdı.
Daha öncə "Brest" və "Olimpik Lion"un da formasını geyinən 25 yaşlı oyunçu Avropaya gəlməmişdən öncə də "Santos"da çıxış edib.
Nihat