Son İtaliya çempionu "Napoli"nin koreyalı futbolçusu Kim Min Ceni yaponiyalı Ko İtakura ilə əvəzləmək planı baş tutmayıb.
Fanat.Az xəbər verir ki, bu barədə “Sky Germany” məlumat yayıb.
Transferin uğursuzluğuna səbəb İtakuranın birbaşa imtinası olub. Yaponiya millisinin müdafiəçisi bundan əvvəl Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubundan da imtina etmişdi.
Mənbənin məlumatına görə, Ko İtakura hazırkı komandası "Borussiya Mönhenqladbax"ı tərk etmək fikrində deyil. .
Xatırladaq ki, "Borussiya" 2022/23 mövsümündə Almaniya Bundesliqasında onuncu yeri tutub. Klub rəhbərliyi baş məşqçi postuna Xerard Seaoneni gətirib.
Mirağa