"Tottenhem"in hücumçusu Son Xın Min Səudiyyə Ərəbistanı klublarının təklifini niyə geri çevirdiyini açıqlayıb.
Fanat.Az xəbər verir ki, "Daily Star" onun dediklərini belə çatdırıb:
"Səudiyyə Ərəbistanına getmək istəsəydim, indi orada olardım. Əlbəttə, pul vacib faktordur. Amma mən futbolu sevirəm və Premyer Liqada oynamağa davam etmək istəyirəm. Hələ burada görəcəyim işlər çoxdur. Xüsusilə də ötənmövsümkü uğursuzluqdan sonra... Yeni mövsümdə əvvəlki kimi olduğumu isbatlamaq istəyirəm. Bunu özüm özümə sübut etmək və məxsus olduğum kluba borcumu qaytarmaq fikrindəyəm. Bəlli, indi çoxları Səudiyyə Ərəbistanına yollanır. Ancaq mənim arzum İPL-də oynamaqdır. Yeni mövsümün startını səbirsizliklə gözləyirəm".
Xatırladaq ki, "Tottenhem" 2022/2023 mövsümünü 8-ci yerdə başa vurub. Son Xın Min 36 qarşılaşmada 10 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat