"Çelsi" "Yuventus"un hücumçusu Duşan Vlahoviçi transfer etmək fikrindən daşınıb.
Fanat.Az xəbər verir ki, informasiyanı "Daily Mail" yayıb.
Məlumata görə, "zadəganlar" serb forvardın maaşının yüksək olması üzündən onu heyətə qatmaq niyyətindən vaz keçib. Mənbə London təmsilçisinin əməkhaqqı büdcəsini sabit saxlamaq üçün bu transferi reallaşdırmayacağını vurğulayıb.
Vlahoviç 2022-ci yanvarından "Yuventus"da çıxış edir. Turin klubu maliyyə durumunu yaxşılaşdırmaq üçün arzulanan səviyyədə oyun sərgiləməyən Serbiya millisinin üzvünü satmağa hazırdır.
Nihat