Hücum xəttini gücləndirməyi qarşısına məqsəd qoyan “Milan” gözünü "Portu"nun forvardı Mehdi Taremiyə dikib.
Fanat.Az xəbər verir ki, informasiyanı Canluka di Martsio sosial şəbəkə hesabında yayıb.
Xəbərə görə, Milan komandası artıq “əjdahalar”ın düşərgəsinə müraciət edib. Lakin Portuqaliya tərəfi "rossoneri"nin ilk təklifindən imtina edib.
"Porto"nun 30 yaşlı iranlı ilə müqaviləsi 2024-cü ilin yayına kimi qüvvədədir.
“Milan” ötən mövsüm A Seriyasını 4-cü pillədə başa vurub.
Mirağa