"Real Madrid"in keçmiş oyunçusu İsko 2023-cü ilin əvvəlində Bundesliqa klubu "Union Berlin"ə keçməyə yaxın olub.
Fanat.Az xəbər verir ki, ulduz futbolçu keçidinin niyə baş tutmadığını "Marca"ya açıqlayıb.
O, Dundesliqa klubunun ona fırıldaq gəldiyini iddia edib: “Mənə müqavilə göndərdilər, Berlinə getdim. Məni orada qarşıladılar. Sonra tibbi müayinə oldu.
Amma 15 dəqiqə ərzində müqavilə mətninin yarısını dəyişdilər. Mənə qarşı hörmətsizlik etdilər. Sağollaşıb İspaniyaya uçdum. Ciddi deyildilər”.
Qeyd edək ki, ötən ilin avqustunda azad agent qismində "Sevilya" ilə müqavilə bağlayan sabiq "Real Madrid"li ümidləri doğrulda bilmədiyi üçün qışda Əndəlüs təmsilçisindən ayrılıb və o vaxtdan klubsuzdur.
Mirağa