Hazırda azad agent kimi təkliflər gözləyən futbolçu İsko "Real Madrid"də oynayarkən "Barselona"dan təklif aldığını açıqlayıb.
Fanat.Az xəbər verir ki, "Sport.es" 31 yaşlı yarımmüdafiəçinin dediklərini belə çatdırıb:
“Real Madrid”də çıxış edərkən "Barselona" o vaxtkı prezident Xose Luisin səyi ilə məni öz komandasına aparmaq istəyirdi. Jozep Bartomeunun zəng edib onlara keçməyi təklif etdiyi anı xatırlayıram. Onun təklifi çox cəlbedici idi. Amma Madriddə komanda yoldaşlarımla və soyunub-geyinmə otağındakı inanılmaz atmosferlə əla vaxt keçirirdim. "Real" karyeramın əvvəlində ağlıma belə gətirmədiyim bir şeyə nail olduğum xəyallarımın komandası idi. Hətta dünyanın bütün sərvətinə görə Madriddən ayrılmaq fikrində deyildim.
Bundan əlavə, Madrid gözəl şəhərdir, ona görə də bilirdim ki, karyeramboyu başqa heç yerdə buradakı qədər həzz ala bilməyəcəm”.
Qeyd edək ki, ötən ilin avqustunda azad agent qismində "Sevilya" ilə müqavilə bağlayan sabiq "Real Madrid"li ümidləri doğrulda bilmədiyi üçün qışda Əndəlüs təmsilçisindən ayrılıb və o vaxtdan klubsuzdur. İsko ötən mövsüm "Sevilya"nın heyətində 19 oyun keçirib, bir qol vurub və üç məhsuldar ötürmə edib.
Mirağa