"Real Madrid" PSJ-nin və Fransa millisinin futbolçusu Kilian Mbappeni yalnız oyunçu keyfiyyətlərinə görə yox, həm də marketinq baxımından transfer etməkdə israrlıdır.
Fanat.Az "El Debate"yə istinadən xəbər verir ki, "Kral klubu" onunla 6 illik müqavilə bağlayacağı halda, 1 milyard avro gəlir əldə edəcək.
Xəbərə görə, Mbappenin adı ilə bağlı məhsulların satışından azı 1 milyard avro qazanmağı hədəfləyən "Real" rəhbərliyi kluba yeni sponsorların cəlb edilməsinin məhz bu transferdən sonra asanlaşacağına əmindir.
Qeyd edək ki, Mbappenin PSJ ilə müqaviləsinin müddəti gələn ilin yayına qədər nəzərdə tutulub.
Nihat