"Qalaktikos" Çempionlar Liqasını qazana bilmədi, amma bu, problemin yalnız bir hissəsidir".
Fanat.Az xəbər verir ki, bunu "YouTube" üzərindən yayımlanan "CazéTV"-yə açıqlamasında PSJ-nin hücumçusu Neymar deyib.
"Sambaçı" Paris klubunun böyük uğurlara nail olmağı bacarmamasının səbəbini belə izah edib:
"Çox güclü komandamız var idi. Mən, Messi və Mbappe dünyanın ən yaxşıları olduğumuzu bilirik. Ancaq təəssüf ki, bu fakt işə yaramadı. Əksinə, mövcud reallıq bizə mənfi təsir etdi. Paltardəyişmə otağında mümkün olan hər şeyi qazanmağa köklənirdik, bir-birimizə yaxın idik. Lakin futbol bəzən ədalətsiz olur. Bu, resept üzrə tort hazırlamaq kimi deyil".
Qeyd edək ki, Neymar - Mbappe - Messi triosu 2 il PSJ-də olub. Leo bu yay Paris klubundan ayrılaraq azad agent qismində "İnter Mayami"yə keçib.
Nihat