Rusiyanın İkinci liqasında çıxış edən Krasnodar “Kuban”ının keçmiş futbolçusu Stanislav Doroşenko Ukraynada ölüb.
Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti açıqlama yayıb.
Bildirilib ki, Doroşenko iyulun 18-də Donetskdə "hərbi vəzifəsini yerinə yetirərkən" dünyasını dəyişib.
34 yaşlı futbolçu 2022-ci ilin payızında elan edilən səfərbərliyə qədər, Pavlovski təmsilçisinin heyətində mini futbol üzrə ümumrusiya və regional yarışlarda çıxış edib.
Pavlovsk Futbol Liqasının 13-cü turunun oyunları mərhum futbolçunun xatirəsinə bir dəqiqəlik sükutla yad edilərək başlayacaq.
Mirağa