"Bayern Münhen"in hücumçusu Sadio Mane karyerasını Səudiyyə Ərəbistanında davam etdirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, məlumatı "L’Equipe" yayıb.
Xəbərə görə, Mane "Əl-Nəsr"in illik 25 milyon avro əməkhaqqı təklifini qəbul edib. Almaniya nəhənginin 31 yaşlı futbolçunu azı 32 milyon avroya satmaq istədiyi vurğulanıb.
2022/2023 mövsümündə "Bayern" forması ilə bütün turnirlərdə 38 matça çıxan Mane 12 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat