"Çelsi"nin hücumçusu Romelu Lukakunun növbəti mövsümə harada başlayacağı hələ də dəqiqləşməyib.
Fanat.Az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, belçikalı futbolçu ötən mövsüm icarə əsasında formasını geyindiyi "İnter" ilə ortaq məxrəcə gələ bilməyib.
Xəbərə görə, Milan təmsilçisinin idarəçiləri artıq Lukaku variantından vaz keçiblər. Mənbə "qara-göylər"in hazırda "Arsenal"dan Folarin Baloqunu, "Atletiko Madrid"dən Alvaro Moratanı heyətə qatmaq barədə düşündüklərini və bu variantlardan birini reallaşdırmağa çalışdıqlarını vurğulayıb.
Qeyd edək ki, Lukakunun "Çelsi" ilə müqaviləsi 2026-cı ilin yayına qədər nəzərdə tutulub.
Nihat