Türkiyənin “Beşiktaş” klubu heyətinə iki yeni futbolçu cəlb edib.
Fanat.Az xəbər verir ki, İstanbul nəhəngi müdafiəçi Daniel Amarti ilə yarımmüdafiəçi Jan Onananın transferini rəsmiləşdirib.
28 yaşlı Amarti ilə 3, 23 yaşlı Onanayla isə 4 illik müqavilə imzalanıb.
Daniel İngiltərənin “Lester Siti” klubundan azad agent kimi “qara qartallar”la anlaşıb. Qana yığmasında forma geyinən futbolçu bundan əvvəl “Yurqorden” və “Kopenhagen”də oynayıb.
Fransanın “Lans” klubundan transfer edilən Janın keçidi üçün isə “Beşiktaş” 4 milyon 37 min 500 avro ödəyəcək. Kamerun yığmasının da üzvü olan Onana karyerası ərzində “Leyşoyş”, “Lill”, “Bordo”, “Muskron” klublarında da oynayıb.
Mirağa