Hazırda "Real Sosyedad"da çıxış edən 37 yaşlı yarımmüdafiəçi David Silva karyerasını bitirmək qərarına gəlib.
Fanat.Az xəbər verir ki, bu barədə "El Larguero" məlumat yayıb.
Mənbənin məlumatına görə, futbolçu dizinin çarpaz bağları zədələndiyi üçün butslarını mismardan asacaq. O, komandanın son məşqlərinin birində zədələnib.
David indiki klubuna 2020-ci ilin yayında "Mançester Siti"dən keçib. Yarımmüdafiəçi ötən mövsüm "Real Sosyedad"ın heyətində bütün turnirlərdə 34 oyuna çıxıb, 3 qol vurub və 7 məhsuldar ötürmə edib.
Mirağa