"Liverpul"un baş məşqçisi Yurgen Klopp klubun transferləri ilə bağlı gözləntilərini bölüşüb.
Fanat.Az xəbər verir ki, "The Athletic" alman məşqçinin dediklərini belə çatdırıb:
“İngiltərə Premyer Liqasının startına 3-4 həftə qalıb. O vaxta qədər bəzi şeylərin olmasını gözləyirəm. Bu, mütləq baş verəcək və yaxşı komandamız olacaq. Mənə inanın! Heç vaxt unutmayacağımız bir mövsüm keçirmək üçün əlimizdən gələni edirik”.
"Liverpul" ötən mövsümü 5-ci yerdə başa vurub. Mersisaydlılar Avropa Liqasında oynayacaqlar.
Xatırladaq ki, "Liverpul" bu yay artıq "Brayton"dan yarımmüdafiəçi Aleksis Makallisteri, eləcə də "Leyptsiq"dən hücumçu Dominik Soboslaini alıb.
Mirağa