"Zenit"in futbolçusu Malkomun Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubuna transferi reallaşmaq üzrədir.
Fanat.Az xəbər verir ki, bu barədə son məlumatı sosial şəbəkə hesabı üzərindən "Relevo"nun jurnalisti Matteo Moretto yayıb.
Xəbərə görə, "Əl-Hilal" Malkom üçün ruslara 45+15 milyon avro ödəyəcək. Braziliyalı oyunçunun yeni iş yerində illik 18 milyon avro maaş alacağı vurğulanıb.
Qeyd edək ki, Malkom dünən Rusiya Premyer Liqasının 1-ci turunun oyununa - "Pari NN" ilə matça (2:0) çıxmayıb. O, sonadək ehtiyatda qalıb,
Nihat