"Barselona" fransalı vingeri Usman Dembelenin transferi üçün "Əl-Nəsr"dən təklif alıb.
Fanat.Az xəbər verir ki, informasiyanı "Footmercato" yayıb.
Mənbənin məlumatına görə, "Əl-Nəsr" futbolçunun 50 milyon avroluq müqaviləsində sərbəst qalma maddəsini aktivləşdirməyə hazır olsa da, səudiyyəlilər uğursuzluğa düçar olu. Belə ki, 26 yaşlı futbolçu ərəblərin təklifini rədd edib. "Əl-Nəsr" oyunçunun özünə cəmi 200 milyon avro dəyərində olan beş illik müqavilə təklif edirdi.
"Barselona"nın yaxın bir neçə həftə ərzində Dembele ilə yeni müqaviləni razılaşdırmağa çalışacağı bildirilir.
Mirağa