"Liverpul"un yarımmüdafiəçisi Fabinyonun Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubuna tranfseri qəribə səbəbdən baş tutmaya bilər.
Fanat.Az xəbər verir ki, məlumatı "Marca" yayıb.
Xəbərə görə, Fabinyonun iki fransız buldoqu var və Səudiyyə Ərəbistanı qanunlarına əsasən, bu it cinslərinin ölkəyə gətirilməsi qadağandır. Düzdür, hökumət onlardan ovda istifadə olunmasını yasaqlamır. Ancaq təhlükəli hesab edildiyi üçün ev heyvanları kimi saxlanılmasına icazə verilmir. "Əl-İttihad" bosslarının ölkə rəhbərliyinə müraciət ünvanlayaraq Fabinyoya güzəşt edilməsini istədikləri bildirilib.
Daha öncə tərəflərin braziliyalının keçidi barədə şifahi razılığa gəldikləri barədə məlumat yayılıb.
Fabinyonun "Liverpul"la müqaviləsi 2026-cı ilin yayına qədərdir.
Nihat