"Atalanta"nın ötən mövsümü icarə əsasında "Torino"da keçirən futbolçusu Aleksey Mirançukun gələcəyinə aydınlıq gəlib.
Fanat.Az "Calciomercato"ya istinadən xəbər verir ki, rus yarımmüdafiəçi özünə yeni iş yeri tapa bilməyəcəyi təqdirdə, Berqamo təmsilçisində ehtiyatda qalacaq.
Mənbə "Atalanta"nın ona əsas fiqurlardan biri qismində güvənmədiyini vurğulayıb.
Qeyd edək ki, 27 yaşlı Mirançukun berqamolular ilə müqaviləsi gələn ilin yayına qədərdir. "Atalanta" onu Moskva "Lokomotiv"indən 2020-ci ildə, 14,5 milyon avro qarşılığında transfer edib.
Nihat