"Bayer Leverkuzen"in iranlı hücumçusu Sərdar Azmun sıradan çıxıb.
Fanat.Az xəbər verir ki, informasiyanı rəsmi saytı vasitəsi ilə Bundesliqa klubu yayıb.
Sərdar mövsümöncəsi toplanışın ilk günündə məşqdə zədələnib. Onun sol baldırından xəsarət alaraq toplanışı tərk etdiyi bildirilib. Forvardın komandasının sıralarına nə vaxt dönə biləcəyi ilə bağlı məlumat yoxdur.
Qeyd edək ki, 28 yaşlı Azmun "Bayer"ə 2022-ci ilin yanvarında "Zenit"dən transfer olunub.
Nihat