Seneqal millisinin oyunçusu İsmaila Sarr İngiltərənin “Uotford” klubundan Fransanın “Olimpik Marsel”inə keçib.
Fanat.Az xəbər verir ki, bu barədə “cənublular” öz rəsmi saytında məlumat paylaşıblar.
25 yaşlı cinah yarımmüdafiəçisi ilə 5 illik müqavilə imzalanıb. "Lequipe" transferin 13 milyon avro təşkil etdiyini bildirib.
2019-cu ildə "Renn"dən "Uotford"a keçən Sarr İngiltərə təmsilçisində oynadığı 131 matçda 34 qol vurub və 24 məhsuldar ötürmə edib.
Mirağa