Ukraynalı yarımmüdafiəçi Yevgeni Konoplyanka "ÇFR Kluj"un futbolçusu olub.
Fanat.Az xəbər verir ki, bu barədə Rumıniya klubunun rəsmi saytı məlumat yayıb.
Müqavilənin müddəti açıqlanmayıb. Mətbuatda yayılan məlumata görə, tərəflər 2+1 illik anlaşıblar.
Konoplyanka 2022-ci ilin fevralından "Krakoviya"da çıxış edirdi. O, Polşa klubunun heyətində ümumilikdə 38 matçda 4 qol vurub və 2 məhsuldar ötürmə edib.
“Dnepr”in yetirməsi buna qədər doğma klubunun əsas komandasında, həmçinin “Sevilya”, “Şalke” və “Şaxtyor”da çıxış edib.
Bundan əlavə, o, Ukrayna millisinin heyətində 87 oyunda 21 qol vurub, 15 məhsuldar ötürmə edib.
Mirağa