"Zenit"in və Qazaxıstan millisinin 23 yaşlı müdafiəçisi Nuralı Əlipin "Beşiktaş"a transferi baş tutmaya bilər.
Fanat.Az "RİA Novosti Sport"a istinadən xəbər verir ki, tərəflər qiymət məsələsində razılaşa bilmir.
Belə ki, ruslar Əlip üçün 5 milyon avro tələb etsələr də, İstanbul nəhənginin idarəçiləri bu məbləğin çox olduğunu düşünür.
Qeyd edək ki, Nuralı bu mövsüm "Zenit" forması ilə meydana çıxmayıb. O, Rusiya Superkubokunda və ölkə çempionatının ilk turunun oyununda ehtiyatda qalıb.
Nihat